İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
27 Yanvar 2025 15:55
2 247
Slovakiya və İsveç səfirlikləri NATO-nun Azərbaycandakı əlaqələndiricisi rolunu yerinə yetirəcəklər.
APA xəbər verir ki, bu barədə İsveç səfirliyi sosial media hesabında paylaşım edib.
Bildirilib ki, Slovakiya səfirliyi və İsveç səfirliyi yanvar ayının 1-dən etibarən 2025-2026-cı illər üçün NATO-nun Azərbaycandakı əlaqələndirici səfirlikləri rolunu yerinə yetirdiklərini elan etməkdəkdən məmnundur.
“Səfir Layçiak və səfir Lorentzson azərbaycanlı həmkarları ilə sıx əməkdaşlıq çərçivəsində NATO-nun Azərbaycanda həyata keçirdiyi təbliğat səylərini və digər tərəfdaşlıq fəaliyyətlərini dəstəkləməyi səbirsizliklə gözləyir”, - paylaşımda qeyd edilib.