İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
27 Yanvar 2025 17:47
2 394
Putin və Tramp arasında telefon danışığı planlaşdırılmır.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
Onun sözlərinə görə, bununla bağlı heç bir razılaşma yoxdur.
Ryabkov qeyd edib ki, Rusiya Federasiyasının yeni ABŞ rəhbərliyi ilə təmasları hələ başlamayıb.
Nazir müavini vurğulayıb ki, Rusiya Federasiyası ABŞ ilə təmaslar üçün açıqdır.
Bununla belə, Moskvanın ABŞ-nin yeni administrasiyası ilə təmasların qurulması üçün heç bir təşəbbüs göstərmədiyi məlum olub.