İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
3 Fevral 2025 08:04
1 680
Böyük Britaniya hökuməti Rusiya Federasiyasına qarşı yeni enerji sanksiyaları tətbiq etmək üçün Aİ ölkələri ilə işləyəcək.
Bu barədə Böyük Britaniyanın baş naziri Keir Starmerin fevralın 3-də Brüsseldə Aİ dövlət və hökumət başçılarının qeyri-rəsmi sammitində iştirakından əvvəl verdiyi bəyanatda deyilir.
"Mən avropalı tərəfdaşlarımızla işləmək üçün Rusiyanın enerji gəlirlərinə və raket zavodlarını təchiz edən şirkətlərə, Putinin döyüş maşınını əzmək, sanksiya təzyiqini saxlamaq üçün buradayam. Çünki son nəticədə , bu, bizim Ukraynaya hərbi yardımımızla birlikdə sülhü yaxınlaşdıracaq”, - Britaniya hökumətinin başçısı bildirib.
Qeyd olunub ki Rusiya 2022-ci ilin fevralında Ukraynada xüsusi hərbi əməliyyata başlayandan bəri Böyük Britaniya 1,9 mindən çox fiziki və hüquqi şəxsi, o cümlədən Rusiyanın enerji resurslarının daşınması üçün nəzərdə tutulan 100-dən çox gəmini Rusiya əleyhinə qara siyahıya əlavə edib.
Cavid