İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
3 Fevral 2025 19:54
2 177
Parisdə dəmiryol vağzalında atışma nəticəsində iki nəfər yaralanıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
“Le Parisien” qəzeti hadisənin şəhərin şərqindəki Austerlitz dəmiryol vağzalında baş verdiyini yazıb. Nəşrin məlumatına görə, naməlum kişi divarlara svastika çəkmək istəyərkən saxlanılıb. Patrul həmin şəxsə yaxınlaşanda o, silahı hüquq-mühafizə orqanlarının əməkdaşlarına tuşlayıb. Buna cavab olaraq isə təhlükəsizlik işçiləri atəş açaraq həmin şəxsi ağır yaralayıblar.
Qəzet hadisə zamanı daha bir nəfərin yüngül xəsarət aldığını bildirib.