İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
5 Mart 2025 14:05
2 422
Moskva ABŞ-ni narahat edən İranın nüvə proqramı ilə bağlı vəziyyətin sülh yolu ilə həlli üçün potensial görür.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, İran Rusiyanın müttəfiqidir: "İran müttəfiqimiz, tərəfdaşımız, hərtərəfli, qarşılıqlı faydalı, qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığı inkişaf etdirdiyimiz ölkə olduğundan, Rusiya bunun üçün mümkün olan hər şeyi etməyə hazırdır. Rusiyanın mövqeyi ondan ibarətdir ki, bu problem - İranın nüvə dosyesi istisnasız olaraq dinc, siyasi və diplomatik yollarla həll edilməlidir. Biz bunun üçün potensialın olduğuna inanırıq", - Kremlin sözçüsü vurğulayıb.