İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
6 Mart 2025 14:29
1 925
Kreml Fransa Prezidenti Emmanuel Makronun xalqa müraciətini qarşıdurma kimi qiymətləndirir.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Fransa prezidentinin Rusiyaya qarşı çox ziddiyyətli çıxışı olub.
“Makronun sözlərindən belə çıxır ki, o, atəşkəsdən sonra Ukraynaya kontingent yerləşdirmək istəyir. Əslində, söhbət müəyyən kontingentin qarşıdurma şəraitində yerləşdirilməsindən gedir. Rusiya bununla razılaşa bilərmi? Bu sualı birbaşa cavablandırmamaq da olar. Çünki cavab tamamilə aydındır”, Kremlin sözçüsü vurğulayıb.