"Azərbaycanın İrana yardımı yalnız qonşu ölkəyə dəstək vermək deyil"
Azərbaycan səfirliyi Suriyada iftar süfrələri təşkil edib - FOTO
BƏƏ-də qalan 200-ə yaxın Azərbaycan vətəndaşı ölkəyə gətirilib - FOTO
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salınıb- YENİLƏNİB-1 - FOTO
7 Mart 2025 22:48
3 087
ABŞ Prezidenti Donald Trampın İranın dini rəhbəri Əli Xameneiyə məktub göndərməsi Ağ Ev sahibinin hiyləgər gedişidir. Donald Tramp məktubu İran prezidentinə deyil, dini rəhbərə ünvanlamaqla qərarların Tehranda deyil, Qumda verilməsini qəbul etdiyini göstərib. “Mən İranla razılaşmağa üstünlük verirəm, Xameneiyə məktub göndərdim. İranın nüvə silahı və başqa variantları ola bilməz” deyən Tramp nüvə proqramı ilə bağlı İranla razılaşmaya üstünlük verdiyini bəyan edib.
Xalqcebhesi.az xəbər verir ki. bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.
“Məntiqlə ali dini lider Trampa cavab məktubu göndərməlidir. Ancaq Amerika ilə danışıqları “axmaqlıq” adlandıran dini lider “şeytan” adlandırdığı ölkənin prezidentinə cavab məktubu yazarmı? Trampın hiyləsi elə ondan ibarətdir ki, o, Qumdan cavab almasa və ya cavab onu qane etməsə, İsrailə İranın nüvə mərkəzlərinə zərbə endirməsinin yolunu açacaq”, - politoloq vurğulayıb.