İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
9 Mart 2025 17:37
2 422
Suriyanın qərbində təhlükəsizlik qüvvələri ilə Bəşər Əsədin tərəfdarları arasındakı qarşıdurmalar gözlənilən idi.
Xalqcebhesi.az xəbər verir ki, bunu Suriyanın müvəqqəti Prezidenti Əhməd əş-Şaraa deyib.
"Biz hamımız ölkədə milli birliyi qorumağa çalışmalıyıq, eləcə də sülh şəraitində birgə yaşamağa can atmalıyıq", - Şara bildirib.
O, mülki insanlara hücumlarda iştirak edənlərin məsuliyyətə cəlb olunacağını deyib.
Qeyd edək ki, Suriya təhlükəsizlik qüvvələri ilə Əsəd tərəfdarları arasında şiddətli döyüşlər gedir. Bununla əlaqədar hakimiyyət orqanlarının komendant saatı tətbiq etdiyi də məlumdur. Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şara qarşı tərəfi silahları yerə qoymağa çağırıb.