İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
9 Mart 2025 19:50
2 443
Suriya rəsmiləri ölkədəki azlıqların nümayəndələrinə hücum edənləri məsuliyyətə cəlb etmək öhdəliyi daşıyır.
Xalqcebhesi.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio deyib.
"Birləşmiş Ştatlar son günlər Suriyanın qərbində insanları qətlə yetirən terrorçuları, o cümlədən əcnəbi cihadçıları pisləyir", - o bildirib.
Onun sözlərinə görə, Vaşinqton Suriyanın dini və etnik azlıqlarının, o cümlədən xristian, druz, ələvi və kürd icmalarının tərəfindədir:
"Suriyanın müvəqqəti hakimiyyət orqanları Suriya azlıqlarına qarşı bu qırğınları törədənləri məsuliyyətə cəlb etməlidir".