İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
9 Mart 2025 20:49
2 751
Tehran etiraf edir ki, əgər müzakirələrdə yalnız proqramın mümkün hərbiləşdirilməsinə diqqət yetirilərsə, nüvə proqramı ilə bağlı danışıqların aparılmasını nəzərdən keçirə bilər, İran hakimiyyəti isə heç vaxt nüvə proqramının tam ləğvini müzakirə etməyəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İranın BMT-dəki missiyası məlumat yayıb.
"Əgər danışıqların məqsədi İranın nüvə proqramının potensial hərbiləşdirilməsi ilə bağlı narahatlıqları aradan qaldırmaqdırsa, o zaman bu kimi məsələlər müzakirə oluna bilər. Lakin əgər danışıqların məqsədi Obamanın əldə edə bilmədiyi şeyə indi nail olunduğunu söyləmək üçün İranın sülhməramlı nüvə proqramını aradan qaldırmaqdırsa, o zaman belə danışıqlar heç vaxt baş tutmayacaq", - deyə bildirilib.