İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
31 Mart 2025 17:56
2 429
İsveç Ukraynaya 16 milyard kron (1,59 milyard ABŞ dolları) dəyərində yeni hərbi yardım paketi təqdim etmək qərarına gəlib.
Xalqcebhesi.az “Röyters”ə istinadən xəbər verir ki, bunu İsveçin müdafiə naziri Pol Yonson deyib.
“Paketin əsas hissəsi (9,2 milyard kron) İsveç Müdafiə Materialları Təşkilatının rəhbərlik etdiyi proseslər vasitəsilə alınacaq avadanlıqlardan ibarət olacaq”, - nazir bildirib.
Qeyd edək ki, İsveç hökuməti 2025-ci il üçün nəzərdə tutulan büdcə ayırmalarını 25 milyard krondan 40 milyard krona qaldıraraq, Ukraynaya dəstəyi artırdığını açıqlayıb.