İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
1 Aprel 2025 20:53
2 436
Ukrayna islahatları davam etdirsə və lazımi şərtlərə cavab verərsə, 2030-cu il yanvarın 1-dək Avropa İttifaqına daxil olmalıdır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Litvanın xarici işlər naziri Kestutis Budris brifinqdə deyib.
"Bu, təkcə dövlət institutlarının deyil, həm də cəmiyyətin motivasiyasını nümayiş etdirən müəyyən bir dövrdür. Biz başa düşürük ki, bu proses xüsusilə müharibə zamanı son dərəcə çətindir və bütün resursların və siyasi iradənin səfərbər edilməsini tələb edəcək. Bu, gələcək nəsillər üçün dərs olacaq real hekayə olacaq", - Budris qeyd edib.