İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
4 Aprel 2025 07:24
2 247
Koreya Respublikasının Konstitusiya Məhkəməsi yekdilliklə prezident Yoon Seok-yeolun impiçmentini təsdiqləyərək, nəhayət, onu hakimiyyətdən uzaqlaşdırıb.
TASS-ın müxbiri bu barədə məhkəmə binasından məlumat verib.
Səkkiz hakimin hamısı impiçmenti dəstəkləyib. Son olaraq hakimiyyətdən uzaqlaşdırılması üçün onlardan ən azı altısının səsi lazım idi. O cümlədən, hakimlər hərbi vəziyyətin tətbiqi üçün heç bir hüquqi əsasın olmadığı qənaətinə gəliblər.
Konstitusiya bunu yalnız müharibə, silahlı münaqişə və ya digər milli fövqəladə hallar zamanı etməyə icazə verir. Hakimlər Yun Seok Yeolun hərbçiləri parlamentə göndərməklə qanunu pozduğuna qərar veriblər. Məhkəmə Yoon Seok Yeolun ordudan siyasi məqsədlər üçün istifadə etdiyi qənaətinə gəlib.
Cavid