İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
4 Aprel 2025 09:29
2 436
Türkiyənin Karabük bölgəsində yük maşını ilə minik avtomobili toqquşub. Qəza axşam saatlarında meydana gəlib.
Xəbərdarlıq üzərinə bölgəyə sağlamlıq, polis, jandarma, xilasetmə və Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) qrupları gəlib. Sağlamlıq qruplarının müayinəsi nəticəsində avtomobildə olan bir ailədən 3 nəfərin öldüyü müəyyən edilib.
Ağır yaralanan sürücü və 1 sərnişinə sağlamlıq qrupları tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra onlar Karabük Təhsil və Araşdırma Xəstəxanasına göndərilib.
Üç nəfərin cəsədi qəza yerində müayinə olunduqdan sonra eyni xəstəxananın morquna aparılıb.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.