İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
14 Aprel 2025 10:04
1 890
Türkiyənin daxili işlər naziri Əli Yerlikaya İstanbul Başakşehirdə 880 kiloqram narkotik maddənin ələ keçirildiyini açıqlayıb.
Ə.Yerlikaya sosial media hesabından verdiyi açıqlamada, İstanbul Polis İdarəsi Kəşfiyyat və Narkotiklərlə Mübarizə Müdirliyinin koordinasiyasında İstanbul Respublika Baş Prokurorluğu və Təhlükəsizlik Baş Müdirliyi Narkotik Cinayətlərlə Mübarizə Şöbəsinin birgə apardığı işlər nəticəsində Başakşehirdə 2 avtomobil və 1 ünvanda əməliyyat keçirildiyini bildirib.
Əməliyyat zamanı 777 bağlamada 880 kiloqram skunk ələ keçirildiyini vurğulayan nazir, biri xarici ölkə vətəndaşı olan 7 şübhəlinin tutulduğunu qeyd edib.