İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
14 Aprel 2025 16:37
2 800
Qazaxıstanın “Air Astana” şirkəti Mayın 31-dən Atıraudan Bakıya birbaşa müntəzəm uçuşlara başlayır.
Bu barədə “APA-Economics” “Air Astana”ya istinadən xəbər verir.
Məlumata görə, uçuşlar həftədə üç dəfə "Airbus A320/A321" təyyarələri ilə həyata keçiriləcək. Atıraudan Bakıya uçuş müddəti 1 saat 25 dəqiqə, əks istiqamətdə isə 1 saat 35 dəqiqə olacaq.
Qeyd olunub ki, KC277 reysi Atıraudan bazar ertəsi və şənbə günləri saat 18:30-da, çərşənbə günləri isə saat 21:35-də həyata keçiriləcək.
KC278 Bakı-Atırau reysi üzrə uçuşlar isə bazar ertəsi və şənbə günləri saat 19:55-də, çərşənbə günləri saat 23:00-da yerinə yetiriləcək.