İsrail HƏMAS-a Misir vasitəsi ilə təklif göndərdi Dünya

İsrail HƏMAS-a Misir vasitəsi ilə təklif göndərdi

İsrail Misir vasitəsilə HƏMAS hərəkatına Qəzza zolağında atəşi müvəqqəti dayandırmaq və davamlı atəşkəsə nail olmaq üçün danışıqlara başlamaq təklifi göndərib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Misirin “Əl-Qahirə əl-İxbariyyə” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Qahirə İsrailin təşəbbüsü ilə bağlı HƏMAS-ı artıq məlumatlandırıb və yaxın vaxtlarda onların cavabını gözləyir.