İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
21 Aprel 2025 07:54
2 191
ABŞ prezidenti Donald Tramp ümid etdiyini bildirib ki, Ukraynadakı münaqişənin nizamlanmasına dair razılaşma gələn həftə əldə olunacaq.
O, bu barədə Truth Social sosial şəbəkəsində müvafiq bəyanat yayıb.
“Ümid edirəm ki, Rusiya və Ukrayna bu həftə razılıq əldə edəcəklər”, - Amerika lideri yazıb. O, iddia edir ki, bu halda hər iki tərəf ABŞ-la "aktiv iş görməyə başlayacaq" və bu, onlara "sərvət qazanmağa" imkan verəcək.
Aprelin 19-da Rusiya prezidenti Vladimir Putin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla görüşündə aprelin 21-i Moskva vaxtı ilə saat 00:00-a qədər bütün hərbi əməliyyatların dayandırıldığını elan edib və Kiyevi də eyni addımı atmağa çağırıb. O vurğulayıb ki, Rusiya həmişə danışıqlara hazır olub və ABŞ, Çin və digər ölkələrin Ukraynadakı münaqişənin ədalətli həllinə nail olmaq istəyini alqışlayır.
Cavid