İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
21 Aprel 2025 08:00
1 953
Tramp administrasiyası Harvard Universitetinə ayrılan maliyyəni daha 1 milyard dollar azaltmağa hazırlaşır.
APA xəbər verir ki, “Wall Street Journal”ın yaydığı məlumata görə bunun səbəbi universitetin yürütdüyü siyasətlərini dəyişməkdən imtina etməsi olub.
Qeyd edək ki, Harvard Universitetinin prezidenti Alan Qarber bundan əvvəl müəssisənin Tramp administrasiyasının yəhudi tələbələri antisemitizmdən qorumaq siyasətini dəyişdirmək tələblərini qəbul etməyəcəyini açıqlayıb.
Xatırladaq ki, aprelin 15-də Tramp Harvarda siyasi təşkilat kimi yanaşmağı və universiteti vergidən azad statusundan məhrum etməyi təklif edib.