İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
21 Aprel 2025 23:11
2 541
Bu gün vəfat edən Roma Papası Fransiskin sərvəti açıqlanıb.
Axar.az Publika.az-a istinadən xəbər verir ki, “Ekonomik Tayms” 88 yaşında dünyasını dəyişən Papanın 16 milyon dollar dəyərində xalis sərvət qoyduğunu yazıb.
Nəşr bildirib ki, heç vaxt rəsmi maaş almayan Papa sağlığında dəbdəbəli həyatdan qaçıb, yoxsullara kömək edib və xeyriyyəçilik işləri görüb.
Papanın sərvətini kimə miras qoyduğu hələlik açıqlanmayıb. Vatikanın yaxın günlərdə onun vəsiyyətini açıqlayacağı gözlənilir.
Qeyd edək ki, ənənəyə əsasən, papalar adətən sərvətini dini xeyriyyə təşkilatlarına və ya Vatikan fondlarına bağışlayırlar.