Şahin Şıxlınskiyə yekun ittiham elan olunub, işi aparan və ifadə verənlər ermənilərdir
Ərdoğan Putinlə Rusiya-Ukrayna müharibəsini müzakirə edib - YENİLƏNİB
Azərbaycanda hava yolu ilə sərnişin daşımaları artıb, yük daşımaları isə azalıb
Ümummilli Lider Heydər Əliyevin Anım Günü Özbəkistanda qeyd olunub
25 Aprel 19:16
2 387
İsrailin Qəzza zolağına hücumu nəticəsində yaralanan fələstinli jurnalist Səid Əmin Əbu Haseneyn müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Qəzza hökumətinin Media Ofisindən verilən açıqlamada jurnalistin İsrail ordusunun aprelin 7-də Qəzzanın cənubundakı Xan Yunus şəhərində Nasser xəstəxanası yaxınlığındakı çadırlara hücumu nəticəsində yaralandığı bildirib.
Qeyd olunub ki, Aksanın səsi radiosunun əməkdaşı olan jurnalist müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağında İsrail hərbçilərinin hücumu nəticəsində həlak olan jurnalistlərin sayının 213-ə yüksəlib.
Media Ofisinin açıqlamasında İsrailin hücumlarında fələstinli jurnalistlərin hədəfə alınması və öldürülməsi pislənib.
Açıqlamada həmçinin beynəlxalq ictimaiyyətdən və təşkilatlardan İsraili davam edən cinayətlərinə görə beynəlxalq məhkəmələrdə mühakimə etmək, soyqırım, qətliam və jurnalistlərə qarşı sui-qəsd cinayətlərini dayandırmaq üçün ona təzyiq göstərmək çağırışı edilib.