İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
29 Aprel 2025 00:18
2 338
Ukrayna Prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinin may ayında elan etdiyi atəşkəslə bağlı açıqlama verib.
Xalqcebhesi.az xəbər verir ki, Zelenskinin videomüraciəti onun Teleqram kanalında yayımlanıb.
Onun fikrincə, atəşkəs növbəti manipulyasiya cəhdidir:
“Niyə hamı mayın 8-nə qədər gözləsin və parad zamanı Putin üçün səssizliyi təmin etmək üçün atəşi dayandırsın?”
O əlavə edib ki, Ukrayna paradlara deyil, insanların həyatına dəyər verir.
Zelenski ən azı 30 gün ərzində dərhal, tam və qeyd-şərtsiz atəşkəsə çağırıb.
Qeyd edək ki, Putin Qələbənin 80-ci ildönümündə (8-11 may) atəşkəs elan edib.