

30 Aprel 23:33
30 Aprel 23:10
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, o, son üç ildə daha çox Kremldə gecələməli olub.
Xalqcebhesi.az Teleqraf-a istinadən xəbər verir ki, Rusiya lideri bunu “Rusiya. Kreml. Putin. 25 il” sənədli filminə müsahibəsində bildirib.
Sənədli kadrlarda Putin və VGTRK-nın jurnalisti Pavel Zarubinin Kremldəki mənzilə birlikdə daxil olduqları görünür.
Jurnalist prezidentdən soruşub: “Deməli, siz tez-tez burada gecələyirsiniz?”
Putin suala cavab olaraq deyib: "Bəli. Son üç ildə, əsasən burada gecələməli oluram".
Pəncərənin yanındakı ağ pianinonu göstərərək jurnalist prezidentdən ifa etməyə vaxtının olub-olmadığını soruşub.
“Çox nadir hallarda” - deyə, Rusiya lideri jurnalistə cavab verib.
Putin daha sonra Zarubinə kitabxananı, iki yataq otağını və “ev kilsəsini” göstərib.