Türkiyədə 286 min insan aksiyaya çıxdı: saxlanılanlar var Dünya

Türkiyədə 286 min insan aksiyaya çıxdı: saxlanılanlar var

Türkiyənin müxtəlif şəhərlərində 1 may – Əmək və Həmrəylik Günü münasibətilə keçirilən aksiyalar zamanı 409 nəfər saxlanılıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya mətbuata açıqlamasında deyib.

O bildirib ki, 78 vilayətdə təşkil edilən 212 aksiyaya ümumilikdə 286 min 584 nəfər qatılıb.

Nazirin sözlərinə görə, İstanbulda 407, Tokatda 1 və Vanda da 1 nəfər polislər tərəfindən saxlanılıb.

Yerliqaya əlavə edib ki, aksiyalar zamanı təhlükəsizliyin təmin edilməsi üçün 122 min 777 nəfər polis əməkdaşı xidmətə cəlb edilib.