Ermənistanın xarici borcu 13,6 milyard dollar olub, daxili borcun həcmi 50 faiz artıb Dünya

Ermənistanın xarici borcu 13,6 milyard dollar olub, daxili borcun həcmi 50 faiz artıb

2025-ci ilin mart ayının sonuna olan məlumata görə, Ermənistanın dövlət borcu 2024-cü ilin sonu ilə müqayisədə 4,4 faiz artaraq, 5 trilyon 318 milyard dram (13,6 milyard dollara yaxın) təşkil edib.

APA “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, belə bir açıqlamanı ölkənin maliyyə naziri Vahe Ovannisyan deyib.

Erməni nazir 2024-cü ilin sonunda həmin rəqəmin 12,8 milyard ABŞ dolları olduğunu da sözlərinə əlavə edib. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə xarici borcun həcmi 6,2 faiz yüksəlib.

O vurğulayıb ki, daxili borcun məbləği də artıb və ümumi daxil iməhsulun 50 faizi həcmində müəyyənləşib.