"Texnofest" yenidən Azərbaycanda keçirilə bilər Dünya

"Texnofest" yenidən Azərbaycanda keçirilə bilər

"Texnofest" Aviasiya, Kosmonavtika və Texnologiya Festivalı yenidən Azərbaycanda təşkil oluna bilər.

Xalqcebhesi.az xəbər verir ki, bunu Kiprə ezam olunmuş müxbirinə açıqlamasında “Technofest”in İdarə Heyətinin sədri, "Baykar" şirkətinin texniki direktoru Səlcuq Bayraqdar bildirib.

O, qeyd edib ki, bu festivalın qardaş ölkələrdə - türk dünyasında keçirilməsi planlaşdırılır.

"Türk kimi ən yaxşı olanı yaratmaq hissi keçirmək baxımından və müstəqillik üçün belə tədbirlər vacibdir. Bu səbəbdən artıq 11-ci “Technofest” həyata keçirilir. Festival ölkələr arasında mədəni və texnoloji mübadilənin aparılmasında mühüm rol oynayır”, - deyə S.Bayraqdar əlavə edib.

Şimali Kiprin paytaxtı Lefkoşada təşkil olunan sayca 11-ci "Texnofest" mayın 4-nə qədər davam edəcək. Festivalı yerli Prezident Administrasiyası, Türkiyənin Sənaye və Texnologiya Nazirliyi və Türkiyənin Texnologiya Komandası Vəqfi (T3 Foundation) dəstəkləyir.