İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
2 May 2025 19:23
2 779
Gəmidə olan heyət və sərnişinlərin səhhəti yaxşıdır. Vətəndaşlarımızın təhlükəsiz yerə köçürülməsi üçün Maltanın səlahiyyətli orqanları ilə əməkdaşlıq çərçivəsində lazımi işlər aparılır.
Xalqcebhesi.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Önçü Keçel Qəzzanın blokadasını yarmaq istəyən “Azadlıq donanması” gəmisinə edilən hücumu şərh edərkən deyib.
O, hücumu qətiyyətlə pislədiyini bildirib:
“Hücumun detallarının ən qısa vaxtda üzə çıxarılması və günahkarların məsuliyyətə cəlb edilməsi üçün bütün lazımi addımlar atılacaq”.
Qeyd edək ki, “Əl-Cəzirə” telekanalının məlumatına görə, İsrail “Azadlıq donanması” gəmisinə Qəzza sahillərində PUA ilə hücum edib.