Ukraynadan uğurlu hücum: Rusların gizli hərbi hissəsi vuruldu Dünya

Ukraynadan uğurlu hücum: Rusların gizli hərbi hissəsi vuruldu

Ukrayna Rusiyanın Stavropol diyarındakı kosmik kəşfiyyatının əsas obyektinə uğurlu hücum edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəsmisi Andrey Kovalenko bildirib ki, mayın 2-si gecə dronlar "Zvezda" kod adlı hərbi hissəni vurublar.

"Bu, cəbhəni izləyən və kibercasusluqda iştirak edən Rusiya kosmik elektron kəşfiyyat sisteminin əsas qovşaqlarından biridir", - məlumatda bildirilib.

Eyni anda Krıma PUA və dəniz dronları ilə irimiqyaslı hücum həyata keçirilib.

Dəniz dronları daşıyıcı platforma rolunu oynayıblar və onlardan taktiki aviasiya aerodromları və digər hərbi hədəflərə hücum edən zərbə dronları buraxılıb.

Hücumları Sevastopol qubernatoru da təsdiq edib. Vurulan hədəflər arasında raket və təyyarələrin yerləşdiyi "Kaça" və "Qvardeysk" aerodromları da olub.