Netanyahu husiləri təhdid etdi: Daha çox zərbə olacaq Dünya

Netanyahu husiləri təhdid etdi: Daha çox zərbə olacaq

Ben Qurion hava limanına raket hücumlarına cavab olaraq Yəmənə daha çox zərbələr endiriləcək.

Xalqcebhesi.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.

“Biz onlara qarşı ABŞ-la birlikdə fəaliyyət göstəririk. Keçmişdə hücum etmişdik, gələcəkdə də hücuma keçəcəyik. Daha çox zərbələr olacaq”, - Netanyahu bildirib.

Qeyd edək ki, bu gün husilərin Təl-Əvivin Ben Qurion hava limanına raket zərbələri nəticəsində 8 nəfər yaralanmış, hava limanı müvəqqəti olaraq bağlanmışdı.