

Rusiya Prezidenti Vladimir Putin Hindistanın Baş naziri Narendra Modi ilə telefon danışığında onun Hindistana səfər dəvətini qəbul edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Hindistan lideri Rusiya prezidentini ənənəvi illik ikitərəfli sammit üçün Hindistana səfərə dəvət etdiyini bir daha vurğulayıb. Dəvət minnətdarlıqla qəbul edilib”,- məlumatda qeyd olunub.