Kərkükdə güclü qum fırtınası: 94 nəfər boğulmaq təhlükəsi ilə üzləşib Dünya

Kərkükdə güclü qum fırtınası: 94 nəfər boğulmaq təhlükəsi ilə üzləşib

İraqın cənub və qərb əyalətləri başda olmaqla bir çox bölgəni təsir altına alan qum fırtınası Kərkük şəhərində 94 nəfərin boğulma təhlükəsi ilə üzləşməsinə səbəb olub.
Xalqcebhesi.az xəbər verir ki, Kərkük Sağlamlıq Müdirliyindən verilən açıqlamada, şiddətli qum fırtınası səbəbindən şəhərdə onlarla insanın nəfəs darlığı yaşadığı bildirilib.
Qum fırtınası səbəbindən boğulma təhlükəsi ilə üzləşən 94 nəfər xəstəxanalara aparılıb.
Şəhərdə vəziyyətin nəzarət altına alındığı və xəstəxanaya yerləşdirilənlərin bəzilərinin evə buraxıldığı açıqlanıb.

Məryəm