Naxçıvanda yol qəzasında ana və oğlu xəsarət alıb - FOTO Hadisə

Naxçıvanda yol qəzasında ana və oğlu xəsarət alıb - FOTO

Babək rayonunda baş verən qəzada ana və oğlu xəsarət alıb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə rayonun Yarımca kəndi ərazisində baş verib.

"Renault" markalı avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan Babək rayonu Yarımca kənd sakinləri - 1979-cu il təvəllüdlü Məmmədova Gülnarə Məmmədəli qızı və onun oğlu, 1999-cu il təvəllüdlü Məmmədov Yaşar Abbas oğlu xəsarət alıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Naxçıvanda yol qəzasında ana və oğlu xəsarət alıb - FOTO Naxçıvanda yol qəzasında ana və oğlu xəsarət alıb - FOTO