İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
5 May 2025 21:43
2 464
Hindistan Hərbi Hava Qüvvələrinin Pakistanla sərhəd yaxınlığında yerləşən bölmələri döyüş hazırlığı vəziyyətinə gətirilib. Xüsusilə, Racastan və Pəncabdakı hərbi bazalarda yerləşən döyüş təyyarələri tam hərbi hazırlıq vəziyyətindədir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Tayms of İndia” məlumat yayıb.
Bildirilib ki, Fransadan alınmış və 300 km-ə qədər uçuş məsafəsinə malik “Scalp” yer-hava qanadlı raketləri ilə silahlanmış “Rafale” qırıcıları da hərbi tapşırıqların yerinə yetirilməsinə cəlb oluna bilər.
Qeyd edək ki, 22 apreldə Cammu və Kəşmirdə turistlərin atəşə tutulmasından sonra Hindistan-Pakistan münasibətləri gərginləşib.