Mahaçqalada silahlı şəxslər polislərə hücum edib, ölənlər var Dünya

Mahaçqalada silahlı şəxslər polislərə hücum edib, ölənlər var

Mahaçqalada naməlum şəxslər polislərə hücum ediblər.

APA Rusiya mediasına istinadən xəbər verir ki, hücum nəticəsində iki polis əməkdaşı həlak olub.

Hücum edən silahlı şəxslərdən biri öldürülüb, digər isə qaçıb gizlənib.

Onun tutulması istiqamətində tədbirlər görülür.