
Zelenski: Ukrayna Avropa Birliyinin bir hissəsi olacaq
7 Avqust 19:52
7 Avqust 19:52
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
NATO və Avropa İttifaqında Rusiya Federasiyası ilə birbaşa hərbi münaqişəyə hazırlığa yönəlmiş proqramlar işə salınıb.
Bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun “Rossiyskaya qazeta”da dərc olunan məqaləsində deyilir.
Şoyqu qeyd edib ki, Britaniya və Fransanın “təhrik və himayə etdiyi” Avropa elitaları Rusiya Federasiyasına strateji məğlubiyyətin verilməsinin zəruriliyini bəyan etməkdə davam edirlər. “Bu bezdirici səs-küyün müşayiəti ilə NATO və Avropa Birliyi kollektiv Qərbi Rusiya ilə birbaşa hərbi münaqişəyə hazırlamağa yönəlmiş proqramlara başlayıblar”, o yazıb.
Şoyqu qeyd edib ki, “Gebbels təbliğatının ən yaxşı ənənələrinə uyğun olaraq, bu addımlar rusofob uydurmalarla əsaslandırılır”.
Onun sözlərinə görə, indiki şəraitdə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının dövlət və hərbi idarəetmənin təşkilində rolu artır. Təhlükəsizlik Şurası Konstitusiyaya uyğun olaraq ölkə prezidentinin şəxsən rəhbərlik etdiyi yeganə qurumdur, Şoyqu yekunlaşdırıb.
Cavid