Səbaildə ağacəkmə aksiyası keçirilib Cəmiyyət

Səbaildə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci il "Konstitusiya və Suverenlik ili" elan edilməsi ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş tədbirlər planına əsasən rayon ərazisində abadlıq-quruculuq işlərinin görülməsi, yaşıllıqların salınması, ağacların əkilməsi və mövcud resursların qorunması istiqamətində keçirilən tədbirlər davam etdirilir.

İcra Hakimiyyətindən APA-ya verilən xəbərə görə, dekabrın 23-də Salyan şossesi ünvanında ağacəkmə aksiyası keçirilib.

Ağacəkmə aksiyasında Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, Səbail Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Hikmət Qasımov, RİH başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, bələdiyyə sədrləri, RİHBA-nın şöbə müdirləri və məsul əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Aksiya çərçivəsində Səbail rayonunun təbii-coğrafi iqlim şəraitinə uyğun olaraq 600-dən çox şam və zeytun ağacları, oleandr və dekorativ kollar əkilib. Əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.

Səbaildə ağacəkmə aksiyası keçirilib Səbaildə ağacəkmə aksiyası keçirilib Səbaildə ağacəkmə aksiyası keçirilib Səbaildə ağacəkmə aksiyası keçirilib Səbaildə ağacəkmə aksiyası keçirilib Səbaildə ağacəkmə aksiyası keçirilib Səbaildə ağacəkmə aksiyası keçirilib Səbaildə ağacəkmə aksiyası keçirilib Səbaildə ağacəkmə aksiyası keçirilib