ABŞ-da qocalar evində qaz partlayışı: 2 nəfər ölüb Dünya

ABŞ-da qocalar evində qaz partlayışı: 2 nəfər ölüb

Pensilvaniya ştatının Bristol şəhərindəki qocalar evində baş verən qaz partlayışı nəticəsində ən azı iki nəfər ölüb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "NBC" məlumat yayıb.

Binanın bir hissəsi uçub, zirzəmi də daxil olmaqla, içəridə insanlar qalıb. Xilasedicilər xəstələri və işçiləri lift şaxtası və pəncərələrdən təxliyə ediblər və 20 nəfər xəstəxanaya yerləşdirilib.

Partlayışa qaz sızması səbəb olub. Faktla bağlı araşdırma aparılır.

Məryəm Quliyeva