QMİ sədrinin müavini: Dini maariflənmənin təbliği üçün yalnız məscidlər kifayət etmir Cəmiyyət

QMİ sədrinin müavini: Dini maariflənmənin təbliği üçün yalnız məscidlər kifayət etmir

Azərbaycanda televiziya məkanında din xadimlərinin çıxış etmək imkanı məhduddur.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədrinin birinci müavini Salman Musayev Bakıda Azərbaycan Din Xadimlərinin II Forumunun açılışında deyib.

O vurğulayıb ki, dini maariflənmə, tolerantlıq və bu qəbildən olan digər dəyərlərin təbliği üçün yalnız məscidlər kifayət etmir.

“Bu gün Azərbaycan cəmiyyətinə yad olan təriqətlər öz təbliğatlarını aparır. Düzdür, onlar məscidlərə daxil ola bilməsələr də, başqa yerlərdə öz təbliğatlarını aparırlar. Düşünürəm ki, biz din xadimlərinin maariflənmə işlərini daha yaxşı həyata keçirilməsi üçün şərait yaradılmalıdır”, - Salman Musayev qeyd edib.