12:13
819
ABŞ-ın Delaver ştatındakı Avtomobil Nəqliyyatı Departamentinin binasında baş verən atışmada bir ştat polisi həlak olub.
Xalqcebhesi.az xəbər verir ki, Delaver Ştat Polisinin açıqlamasına görə, Vilminqton şəhərindəki Hessler Bulvarında yerləşən Avtomobil Nəqliyyatı Departamentinin (DMV) binasında baş verən atışma nəticəsində bir ştat polisi həlak olub.
Ştat Polisi bildirib ki, DMV-də müştəri olan 44 yaşlı kişi polis əməkdaşlarının xidmətdə olduğu qəbul masasına yaxınlaşaraq atəş açıb.
Polis hücumçunun da polis məmuru tərəfindən vurularaq öldürüldüyünü açıqlayıb və hadisə ilə bağlı araşdırma başlayıb.
Məryəm Quliyeva
- FOTO