Tramp: Husilər təslim oldular Dünya

Tramp: Husilər təslim oldular

Kanadanın baş naziri Mark Karnini Ağ Evdə qonaq edən ABŞ prezidenti Donald Tramp “Husilər təslim oldular, artıq gəmiləri bombalamayacaqlarını deyirlər” deyib.
Xalqcebhesi.az xəbər verir ki, Tramp məsələ ilə bağlı açıqlama verərək, "Husilər artıq döyüşmək istəmədiklərini açıqladılar. Buna hörmət edəcəyik. Bombalamaları dayandıracağıq" dedi.

Trampın bəyanatlarından diqqət çəkən məqamlar:

-Yaxın Şərqə səfərimdən əvvəl çox vacib və çox müsbət bir açıqlama verəcəyəm.

-Mən hələ də inanıram ki, Kanada 51-ci dövlət olmalıdır.

-ABŞ-Kanada sərhədi süni bir xəttdir.

Məryəm