“Türkiyənin F-35-ə qayıdışı strateji balans tələb edir”
13 Dekabr 20:31
13 Dekabr 20:31
13 Dekabr 20:29
12 Dekabr 15:40
6 May 21:49
2 240
Xristian-Demokrat İttifaqının (XDI) lideri Fridrix Merz Bundestaqda Almaniyanın yeni, 10-cu Kansleri kimi and içib.
Xalqcebhesi.az xəbər verir ki, mərasimi "Phoenix" telekanalı yayımlayıb.
“Alman xalqının rifahı naminə çalışacağıma, onun sərvətini artıracağıma, onu zərərlərdən qoruyacağıma, əsas Qanunu və federasiya qanunlarını gözləyib qoruyacağıma, vəzifə borcumu vicdanla yerinə yetirəcəyimə və hər kəsə qarşı ədalətli olacağıma and içirəm. Qoy Tanrı mənə kömək olsun”, – deyə Merz bildirib.
DPA agentliyinin məlumatına görə, mayın 6-da yeni Kansler hökumətinin ilk iclasını keçirəcək.
Qeyd edək ki, Bundestaq onun namizədliyini ikinci cəhddə təsdiqləyib. Siyasətçi tələb olunan 325 səsdən 316-nı toplaya bilib.
O, ilk cəhddə 310 səs toplamışdı.
12 Dekabr 23:14
2 128
12 Dekabr 22:22
1 988
12 Dekabr 21:15
2 275