İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
6 May 2025 23:03
2 667
Litva və Latviya mayın 9-da Moskvada keçiriləcək Qələbə paradında iştirak etməyi planlaşdıran Serbiya Prezidenti Aleksandr Vuçiçin təyyarəsi üçün öz hava məkanını bağlayıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Veçerne Novosti” qəzeti məlumat yayıb.
Bildirilib ki, belə bir qərar “uçuşun hədəfinin siyasi həssaslığı” ilə bağlı verilib.
Qadağanın müddəti dəqiqləşdirilməyib.
Qeyd edək ki, Vuçiç mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradında iştirak etməyi planlaşdırır.