Ölümcül göbələk xəstəliyi qlobal istiləşmə ilə yayılacaq Gündəm

Ölümcül göbələk xəstəliyi qlobal istiləşmə ilə yayılacaq

Mançester Universitetinin alimlərinin yeni araşdırması həyəcan verici bir faktı üzə çıxarıb. Araşdırmalara görə, isti bölgələrdə yayılmış ölümcül bir göbələk xəstəliyi qlobal istiləşmə ilə yayıla bilər.
Qlobal istiləşmə ilə ölümcül göbələk xəstəliklərinə yoluxma hallarının artacağı bildirilir.
Xalqcebhesi.az xəbər verir ki, Mançester Universitetinin alimlərinin yeni araşdırmasına görə, Aspergillus fumigatus cinsindən olan ölümcül göbələk infeksiyaları insanlarda ağır tənəffüs xəstəliklərinə səbəb ola bilər. Mütəxəssislər bu növün Afrika və Cənubi Amerikadan şimala Avropa və Asiyaya yayılacağını proqnozlaşdırırlar. Tədqiqat həmçinin qeyd etdi ki, yayılma dərəcəsi qalıq yanacaq istifadəsi və istixana qazı emissiyalarından asılıdır.
Tədqiqatın aparıcı müəllifi, Mançester Universitetindən Norman van Rhijn, göbələklərin müalicəsinin "son dərəcə çətin" olduğunu vurğuladı və lazımi ehtiyat tədbirlərinin görülməsinə çağırdı.
Hesablamalara görə, qlobal istiləşmə səbəbindən bu cür göbələklərin yayılma sahəsi 2100-cü ilə qədər 77 faiz arta bilər. Bunun təkcə Avropa qitəsində doqquz milyona yaxın insanın sağlamlığına təhlükə yaradacağı bildirildi və xüsusilə xroniki ağciyər xəstəlikləri və immun sistemi zəif olanlar üçün ehtiyatlı olmağa çağırıldı.

Məryəm