Türkiyə XİN Hindistanın Pakistanda mülki şəxsləri və mülki infrastrukturu hədəf alan hücumlarını pisləyib Dünya

Türkiyə XİN Hindistanın Pakistanda mülki şəxsləri və mülki infrastrukturu hədəf alan hücumlarını pisləyib

“Türkiyə Pakistan və Hindistan arasında baş verənləri narahatlıqla izləyir”.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN-nin bəyanatında deyilir.

Qeyd olunub ki, ötən gecə (6 may) Hindistanın hücumu hərtərəfli müharibə riski yaradıb. Ankara mülki şəxsləri və mülki infrastrukturu hədəf alan bu cür təxribatçı addımları və hücumları pisləyir.

Bundan əlavə, Türkiyə tərəfləri təmkinli olmağa və birtərəfli hərəkətlərdən çəkinməyə çağırır.

“Ümid edirik ki, bölgədə gərginliyin azaldılması üçün ən qısa zamanda lazımi tədbirlər görüləcək və oxşar hadisələrin təkrarlanmaması üçün terrorla mübarizə də daxil olmaqla, lazımi mexanizmlər yaradılacaq. Biz Pakistanın 22 aprel terror aktı ilə bağlı təhqiqat tələbini dəstəkləyirik”,- deyə bəyanatda vurğulanıb.