

Şimali Koreya Yapon dənizinə doğru, ehtimal ki, qısamənzilli bir neçə ballistik raket atıb.
Bu barədə “Yonhap” agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəislərinə istinadən məlumat yayıb.
"Silahlı qüvvələrimiz əlavə atışlar olacağı təqdirdə nəzarəti gücləndirib. Biz ABŞ və Yaponiya ilə “Şimali Koreyanın ballistik raketləri” haqqında məlumat mübadiləsi aparırıq və tam hazır vəziyyətdəyik”, - Koreya Respublikasının hərbçiləri əlavə edib.
Pxenyan sonuncu dəfə martın 10-da ABŞ və Cənubi Koreyanın genişmiqyaslı “Azadlıq Qalxanı” təlimlərinə başladığı zaman Sarı dənizə doğru çoxsaylı ballistik raketlər atmışdı.
Cavid