

Rusiya prezidenti Vladimir Putinin Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi şərəfinə elan etdiyi atəşkəs müddəti ərzində Rusiya bütün hərbi əməliyyatları dayandırır.
O, mayın 8-i Moskva vaxtı ilə saat 00:00-dan mayın 11-i Moskva vaxtı ilə gecə saat 00:00-dək – cəmi 72 saat ərzində qüvvədə olacaq.
Putin aprelin sonunda atəşkəs elan edib. Mayın 3-də Vladimir Zelenski açıq şəkildə bu təklifi rədd etdi. Rusiya tərəfi qeyd edib ki, Ukrayna atəşkəs rejimini pozarsa, Rusiya Silahlı Qüvvələri hücumları dəf etməyə hazır olmalıdır.
Cavid