

Rusiya prezidenti Vladimir Putin Böyük Qələbənin 80-ci ildönümü ərəfəsində xarici ölkə liderləri ilə dörd günlük görüşləri davam etdirir.
Bu gün o, Rusiyaya rəsmi səfərə gələn Çinin sədri Si Cinpinlə danışıqlar aparacaq.
Bu danışıqlar ilin əvvəlindən liderlər arasında üçüncü təmas olacaq. Yanvar ayında Putin və Si Cinpin videokonfrans vasitəsilə görüş keçirib və fevralın sonunda telefonla danışıblar.
Kremldə elan olunduğu kimi, dövlət başçılarının bugünkü birgə proqramı kifayət qədər gərgin olacaq və səhər tezdən başlayacaq. Tədbirlər siyahısında birinci yerdə dar və geniş formatda danışıqlar dayanır. Gündəliyə beynəlxalq məsələlər (o cümlədən BRİKS, Şanxay Əməkdaşlıq Təşkilatı və İyirmilik Qrupu çərçivəsində əməkdaşlıq) və ikitərəfli ticarət dövriyyəsinin artımı daxildir.
Cavid