
Zelenski: Ukrayna Avropa Birliyinin bir hissəsi olacaq
7 Avqust 19:52
7 Avqust 19:52
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Səhiyyə mənbələrindən alınan məlumata görə, İsrail ordusunun Qəzza zolağının şimalındakı Beyt Lahiya qəsəbəsində Tel er-Rabi İbtidai məktəbinin yaxınlığındakı Reyyan ailəsinə aid evə hücumu nəticəsində 5 nəfər həyatını itirib.
Axtarış-xilasetmə qrupları evin dağıntıları altında sağ olduğu düşünülən qadını xilas etmək üçün işlərini davam etdirir.
Həmçinin Qəzza şəhərinin şərqindəki Şucaiyyə məhəlləsində bir evə edilən hücumda iki nəfər həyatını itirib.
Qəzzanın cənubundakı Xan Yunus şəhərinin qərbində köçkünlərin məskunlaşdığı çadırlara artilleriya atəşi nəticəsində isə bir qız ölüb, 4 nəfər yaralanıb.
Eyni bölgədə, əl-Sumud düşərgəsi ətrafında İsrail əsgərlərinin açdığı atəş nəticəsində bir uşaq ayağından yaralanıb.
Yerli mənbələr həmçinin Xan Yunus sahillərində İsrail dəniz qüvvələrinin hücumu nəticəsində iki balıqçının yaralandığını, şəhərin “Bətn əs-Səmin” ərazisinin artilleriya atəşi ilə hədəfə alındığını bildirib.
Eləcə də bir neçə gün əvvəl əl-Bureyc düşərgəsində köçkün dinc əhalinin sığındığı məktəbin bombalanması nəticəsində itkin düşən uşağın cəsədi bu gün səhər saatlarında tapılıb.