Ərdoğandan Pakistana dəstək mesajı... Dünya

Ərdoğandan Pakistana dəstək mesajı...

Hindistan və Pakistan arasında gərginliyin münaqişəyə keçməsindən narahatıq.

Xalqcebhesi.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq Baş naziri Məhəmməd Şiə Sudani ilə görüşündən sonra mediaya açıqlamasında deyib.

“Hücumlarda həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, qardaş Pakistan xalqına və dövlətinə bir daha başsağlığı diləyirəm. Dünən baş naziri Şahbaz Şərif ilə mühüm söhbətimiz oldu. Kəşmirdə mənfur terror hücumu ilə bağlı Pakistanın beynəlxalq istintaq aparılması istəyinə müsbət yanaşırıq. Biz gərginliyin qarşısını almaq üçün səylərimizi əsirgəməyəcəyik”, - deyə Türkiyə lideri bildirib.