İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
8 May 2025 23:08
2 814
Türkiyədə 126 nəfər toyuq ətindən zəhərlənib.
Xalqcebhesi.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Samsun şəhərində qeydə alınıb.
Məlumata görə, yeddi fabrikdə işçilər toyuq ətindən zəhərləniblər. Onlarda ürəkbulanma, qusma, qızdırma, başgicəllənmə halları müşahidə olunub.
Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər. Onların durumlarının yaxşı olduğu bildirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.